Elektron Ödəniş Platforması
Elektron ödənişlərin innovativ, operativ və təhlükəsiz şəkildə icra edilməsini təmin edən müasir platformadır.
Bu sistem, istifadəçilərə sürətli və etibarlı ödəniş həlləri təqdim edərək maliyyə əməliyyatlarını daha rahat və əlçatan edir. Platforma, ən son texnologiyalardan istifadə etməklə, həm fərdi, həm də korporativ müştərilər üçün geniş imkanlar yaradır.
- Sürətli və operativ ödənişlər
- Geniş inteqrasiya imkanları
- Təhlükəsizlik və məxfilik
- İstifadəçi dostu interfeys
Ödəniş Tipləri
Platforma müxtəlif tip ödənişlərin qəbulunu həyata keçirməyə icazə verir.
İstifadəçilər təkrarlanan ödənişlər, MİT və CİT daxil olmaqla müxtəlif ödəniş metodlarından yararlana bilərlər. Bu çeviklik, fərdi və korporativ müştərilər üçün daha rahat və effektiv maliyyə əməliyyatları aparmağa şərait yaradır.
- Çoxşaxəli ödəniş imkanı
- Effektiv idarəetmə
- Təkrarlanan ödənişlər
- Geniş tətbiq sahəsi
Token Tipli Ödənişlər
Platforma Token tipli ödənişlər (ApplePay, GooglePay, SamsungPay və s.) üçün tam dəstək təmin edir.
Bu texnologiya sayəsində istifadəçilər kart məlumatlarını paylaşmadan təhlükəsiz və sürətli şəkildə ödəniş edə bilərlər.
- Maksimum təhlükəsizlik
- Geniş dəstək
- Rahatlıq və sürət
- Məlumat qoruma
Card Save
Platforma PCI DSS sertifikatlaşdırma prosesindən keçdiyi üçün həssas kart məlumatlarının saxlanılması, qorunması və ödənişlərin təhlükəsiz şəkildə icra edilməsinə zəmanət verir.
Kart məlumatlarının müxtəlif metodologiyalara əsasən saxlanılması mümkündür ki, bu da sistemin çevikliyini və etibarlılığını artırır.
- Təhlükəsiz məlumat saxlanması
- Daha güvənli ödənişlər
- Müxtəlif saxlanma metodları
- İstifadəçi rahatlığı
Merchant Panel
Funksional Merchant Panel istifadəçilərə fasiləsiz, real rejimdə və online qaydada əməliyyatları izləmək, monitorinq etmək və real vaxtda dayandırmaq imkanı yaradır.
Platforma həmçinin revers və refund sorğularını online şəkildə icra etməyə və ya göndərməyə imkan verir.
- Real vaxtda əməliyyat izlənməsi
- Refund və revers imkanı
- Monitorinq və idarəetmə
- İnteqrasiya dəstəyi